Azərbaycanda bəzi malların idxalına vergi və gömrük güzəştləri tətbiq edilir.
Baş nazir Əli Əsədovun 12 oktyabr 2026-cı il tarixli 333 nömrəli qərarı ilə vergi və gömrük güzəştlərinin qiymətləndirilməsi və reyestrinin aparılması qaydalarına dəyişiklik edilib.
Dəyişikliyə əsasən, müəyyən edilmiş tələblərə cavab verən raritet avtomobillərin idxalı zamanı ƏDV, aksiz və gömrük rüsumundan azadolma nəzərdə tutulur. Güzəşt Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında, müəyyən edilmiş say məhdudiyyətləri çərçivəsində tətbiq edilir.
Bundan əlavə, Mədəniyyət Nazirliyinin təsdiqi və Nazirlər Kabinetinin müəyyən etdiyi XİF MN kodları üzrə siyahı əsasında incəsənət əsərlərinin, kolleksiya və əntiq əşyaların idxalı ƏDV-dən azad edilir.
Qərara əsasən, incəsənət əsərlərinin, kolleksiya və əntiq əşyaların idxalına dair ƏDV güzəşti 1 yanvar 2026-cı il tarixindən tətbiq olunur.





