Three Logistics and Broker

Logistikada sürət, Gömrükdə dəqiqlik

Yüklənir...

© 2026 Three Logistics and Broker MMC

Bakı, AzərbaycanB.e.–Şənbə 09:00–18:00
Three Logistics and Broker
Ana Səhifə/Xəbərlər/Gömrük Məcəlləsinə dəyişikliklər qüvvəyə minib.

Gömrük Məcəlləsinə dəyişikliklər qüvvəyə minib.

Bütün xəbərlər
Gömrük Məcəlləsinə dəyişikliklər qüvvəyə minib.
Gömrük07.09.2026

Gömrük Məcəlləsinə dəyişikliklər qüvvəyə minib.

Gömrük Məcəlləsinə edilən dəyişikliklərlə bağlı iyunun 19-da qəbul olunan qanun sentyabrın 3-dən qüvvəyə minib.

Dəyişikliklər çərçivəsində gömrük dəyərinin müəyyən edilməsi, gömrük nəzarəti və audit mexanizmləri, elektron sənəd dövriyyəsi, gömrük təmsilçiliyi və Səlahiyyətli İqtisadi Operator institutu ilə bağlı yeni müddəalar müəyyən edilib.

Yeni qaydalara əsasən, malların gömrük məqsədləri üçün dəyərini müəyyən edən şəxs bəyanetmə ilə bağlı sənədləri və məlumatları 3 il ərzində saxlamalı və gömrük orqanlarının tələbi ilə təqdim etməlidir.

Dəyişikliklərin əsas məqsədləri gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, inzibati yükün azaldılması, tranzit potensialının artırılması və gömrük nəzarətinin daha çevik və şəffaf həyata keçirilməsidir.

Həmçinin multimodal daşımalar üzrə “bir elektron bəyannamə” prinsipinin tətbiqi, beynəlxalq tranzit sistemlərinə inteqrasiyanın genişləndirilməsi və Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi nəzərdə tutulur.

Yeni redaksiyanın Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ həyata keçirilməsinə və biznes üçün daha əlverişli gömrük mühitinin formalaşdırılmasına xidmət edəcəyi bildirilir.