Three Logistics and Broker

Logistikada sürət, Gömrükdə dəqiqlik

Yüklənir...

© 2026 Three Logistics and Broker MMC

Bakı, AzərbaycanB.e.–Şənbə 09:00–18:00
Three Logistics and Broker
Ana Səhifə/Xəbərlər/Azərbaycana idxal edilən qeyri-qida malları üçün yeni qaydalar: uyğunluq sertifikatı məcburi olacaq?

Azərbaycana idxal edilən qeyri-qida malları üçün yeni qaydalar: uyğunluq sertifikatı məcburi olacaq?

Bütün xəbərlər
Azərbaycana idxal edilən qeyri-qida malları üçün yeni qaydalar: uyğunluq sertifikatı məcburi olacaq?
Gömrük06.07.2026

Azərbaycana idxal edilən qeyri-qida malları üçün yeni qaydalar: uyğunluq sertifikatı məcburi olacaq?

Azərbaycana idxal olunan qeyri-qida istehlak malları ilə bağlı yeni tələblərin tətbiqi nəzərdə tutulur. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, texniki reqlamentlərin tələblərinə cavab verməyən və ya uyğunluğu təsdiqlənməyən məhsulların ölkəyə idxalına nəzarət daha da gücləndiriləcək.

Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Bildirilib ki, təşəbbüs ölkədə texniki tənzimləmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatların davamıdır.

Hazırda qüvvədə olan "Texniki tənzimləmə haqqında" qanunun 14.2-ci maddəsinə əsasən, qanunun və texniki reqlamentlərin tələblərinə uyğun olmayan, eləcə də texniki reqlamentdə müəyyən edilmiş qaydada uyğunluğu qiymətləndirilməmiş malların istehsalı, satışa çıxarılması, idxalı və istifadəsi qadağandır.

Təklif edilən dəyişikliklərə əsasən, Azərbaycana idxal edilən qeyri-qida istehlak malları uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri ilə müşayiət olunmalıdır. Bu tələb təhlükəli məhsulların ölkəyə daxil olmasının qarşısını almaqla yanaşı, istehlakçıların təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcək.

Qanun layihəsinin Milli Məclisndə səsləndirilən əsas məqsədlərindən biri də idxal olunan mallarla yerli istehsal olunan oxşar məhsullar üçün eyni hüquqi rejimin tətbiq edilməsidir. Bununla rəqabət mühitinin qorunması, yerli istehsalın dəstəklənməsi və bazara təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların daxil olmasının qarşısının alınması hədəflənir.

Qeyd edilib ki, dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı"ndan irəli gələn tədbirlərin icrası çərçivəsində hazırlanıb.

Yeni tələblərin tətbiqi zamanı sahibkarların fəaliyyətində çətinliklərin yaranmaması da nəzərə alınıb. Belə ki, qeyri-qida istehlak mallarının idxalı ilə məşğul olan təsərrüfat subyektlərinin yeni qaydalara uyğunlaşması üçün qanun layihəsində 24 aylıq keçid müddətinin müəyyən edilməsi təklif olunur.

Açar sözlər: Azərbaycana idxal olunan mallar, qeyri-qida istehlak malları, uyğunluq sertifikatı, texniki reqlament, texniki tənzimləmə haqqında qanun, idxal qaydaları, Milli Məclis, sahibkarlar, uyğunluq bəyannaməsi, təhlükəsiz məhsullar.